Dumanın vitse-spikeri: “Volkswagen” zavodunda “Buratino” avtomobilləri istehsal edəcəyik” – VİDEO

Dünya

Rusiya dövlət dumasının vitse-spikeri Pyotr Tolstoy maraqlı təkliflərlə çıxış edib.

O, bildirib ki, xarici şirkətlər Rusiya Federasiyasını tərk edərsə, onlar milliləşdiriləcək.

“McDonald’s” ilə bağlı bir nümunə deyim: Məhsullar Rusiyanındır, müəssisələr və texnologiyalar ölkədədir. Fərqli ad altında burger və kartof hazırlamağa nə mane olur?  Xarici avtomobil şirkətləri ölkədən kənara bir addım belə atsalar, milliləşdiriləcəklər. Eyni “Volkswagen”lər istehsal olunacaq, amma biz onlara “Buratino” adı verəcək və minib gedəcəyik”,- deyə Tolstoy “Komsomolskaya Pravda”ya müsahibəsində bəyan edib.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir