Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik körpüsü açıldı – FOTO/VİDEO

Dünya

Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik asma körpünün açılış mərasimi keçirilib.

Mərasimdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Çanaqqala boğazından keçən körpü “1915 Çanaqqala körpüsü” adını alıb.

2017-ci il martın 18-də inşasına başlanılan yeni körpü 2023 metr uzunluğunda mərkəz açıqlığına malikdir.

Altı zolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu isə 4608 m-ə çatır.

Mənbə: TRT

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir