Arestoviç: “Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatacaq” – VİDEO

Dünya

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç əmindir ki, müharibənin aktiv mərhələsi 2-3 həftəyə başa çatmalıdır.

Bu barədə o, özünün “Telegram” kanalında yazıb.

“Kiyev, Xarkov, Sumı və Çerniqov yaxınlığında aktiv faza demək olar ki, başa çatıb. Onlar hardansa ehtiyatlar toplasalar da, hücuma keçməyə çalışsalar da, bu, yenə də onların məğlubiyyəti ilə yekunlaşacaq.

Sadəcə, bu məğlubiyyəti bir həftə və ya 10 gün daha təxirə salacaq. Burada yalnız bir yekun nəticə mümkündür: Onlar strateji cəhətdən uduzdular, əməliyyat baxımından da artıq uduzurlar. Düşünürəm ki, aprelin ortalarında və ya sonlarında şəhəri tərk edən kiyevlilər evlərinə qayıda biləcəklər”, – deyə Arestoviç bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir