BMT: “Ukraynada müharibə nəticəsində azı 816 mülki şəxs ölüb, 1333 nəfər yaralanıb”

Dünya

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 17 martadək mülki əhali arasında zərərçəkənlərin sayı 2149 mülki şəxs təşkil edib.

Onlardan 816 həlak olub, 1333 nəfərsə yaralanıb.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı məlumatda bildirilib.

Sənəddə ən çox itkilərin Volnovaxa və Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Severodonetsk və Rubijne (Luqansk vilayəti), Trostyanetsk (Sumi vilayəti) əyalətlərində qeydə alındığı vurğulanıb.

“Mülki şəxslər arasında ölüm və yaralanma hallarının əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən yaşayış məntəqələrinin ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri səbəb olub”, – məlumatda qeyd edilib.

Mənbə: “İnterfaks”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir