Türkiyədə sərnişin avtobusu aşdı: Çox sayda insan yaralanıb – FOTO

Dünya

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Məlumata görə, hadisə Adana şəhərinin Kozan rayonunda qeydə alınıb.

Bildirilib ki, ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəbindən sərnişin avtobusu aşıb və nəticədə 23 nəfər xəsarət alıb. 

Avtobusda olan yaralılardan 15-i Kozan Dövlət Xəstəxanasına yerləşdirilib.

Digər 8 yaralı isə Osmaniyənin Kadirli və Adananın Ceyhan rayonlarına aparılıb.

Mənbə: Habertürk

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir