Kuleba müharibə ilə bağlı iki sonluq proqnozlaşdırdı: Ya total məğlubiyyət, ya da razılaşma

Dünya

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın başlatdığı müharibənin sona çatması ilə bağlı iki ssenari proqnozlaşdırıb.

O, bildirib ki, istənilən müharibənin iki finalı var. Birincisi tərəflərdən birinin qeyd-şərtsiz total məğlubiyyətidir. İkincisi razılaşma, hər iki tərəf üçün məqbul sayılan həll yollarının axtarılması və müəyyən edilməsidir.

O, hər şeyə baxmayaraq, ikinci variantın daha real olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna diplomatiyası bu razılaşmanın Kiyev üçün maksimal dərəcədə əlverişli olması üzərində çalışır.

Mənbə: Ukrainskaya Pravda

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir