Ombudsman: “Mariupolda bombalanan teatrın zirzəmisində 1300 nəfər qalıb” – FOTO

Dünya

Rusiya qırıcıları tərəfindən hava hücumuna məruz qalmış Mariupol Dram Teatrının binasından 130 nəfər çıxarılıb, 1300-dən çox adam isə hələ də zirzəmidə qalıb.

Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova xəbər verib.

Qeyd edək ki, martın 16-da axşam saatlarında Mariupolda Rusiya təyyarəsi yüzlərlə yerli sakin üçün sığınacaq olan şəhər dram teatrına bomba atıb. Yerli hökumət nümayəndələri teatrın mərkəzi hissəsinin bomba ilə dağıdıldığını və girişin bağlandığını bildirib.

“Teatr binasının yanında iri hərflərlə “UŞAQLAR” sözləri yazılmışdı, rusiyalı pilotlar onları görməyə bilməzdi”, – deyə səlahiyyətlilər vurğulayıblar.

Mənbə: newsru.co.il

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir