Əfqanıstanda bütün xarici serialların yayımı qadağan edildi

Dünya

Əfqanıstanda hakim “Taliban” hərəkatı ölkədə istənilən xarici teleserialın nümayişini rəsmən qadağan edib.

Əfqanıstanda əvvəllər əsasən Hindistan və Türkiyədən seriallar yayımlanırdı. Bu seriallar həmin ölkələrin musiqiləri kimi Əfqanıstanda böyük tamaşaçı auditoriyası toplamışdı.

Talibançılar açıq şəkildə bildirib ki, dari və puştu dillərinə (Əfqanıstanda ən çox yayılmış dillər – red.) tərcümə edilmiş hər hansı xarici serialın nümayişi dayandırılsın. Bildirilib ki, qadağanın pozulması halında heç bir bəhanə qəbul edilməyəcək.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir