ABŞ Rusiyadan uranın idxalını dayandırır

Dünya

Birləşmiş Ştatlar Rusiyanın bütün enerjidaşıyıcılarını Amerika bazarından həmişəlik kənarlaşdırmaq üçün Rusiya Federasiyasından uranın idxalını qadağan etməyə hazırlaşır.

Müvafiq qanun layihəsi baxılmaq üçün ABŞ Senatına təqdim ediləcək.

Məlumatı Respublikaçılar Partiyasının üzvü Con Barrasso da təsdiq edib.

Onun sözlərinə görə, Rusiyadan neftin, qazın və kömürün idxalına qoyulan qadağa mühüm addım olsa da, sonuncu olmamalıdır.

“Biz bilirik ki, Putin bu pulları Ukraynadakı qəddar və səbəbsiz müharibəsini maliyyələşdirmək üçün istifadə edir”, – C. Barrasso bildirib.

Senatorun fikrincə, Rusiya uranının idxalına qadağa Rusiyanı təkcə müharibə üçün resurslardan məhrum etməyəcək, həm də ABŞ-da uran istehsalının inkişafına təkan verəcək.

Mənbə: Segodnya

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.