İranın “Mersad” hərbi qüvvələrinin açdığı atəş nəticəsində 15 nəfər ölüb və yaralanıb – VİDEO

Dünya

Martın 18-də “Mersad” hərbi qüvvələrinin Xaş-Zahidan istiqamətində hərəkət edən “Pejo-405” markalı avtomobilə açdığı atəş nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Azad İran”ın “Telegram” kanalı xəbər verir ki, 15 nəfərin ölümü və yaralanmasına səbəb olan hadisə Əfqanıstan vətəndaşlarını daşıyan “Pejo-405” avtomobili ilə “Lifan” markalı avtomobilin toqquşması ilə nəticələnib.

Hadisə zamanı hər iki avtomobilin sərnişinlərindən ölən və yaralananlar olub. Yerli mənbələrin bildirdiyinə görə, “Lifan” markalı avtomobilin sərnişinləri etnik bəluç xalqına mənsub bir ailənin üzvləri olub.

 

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.