Belarus baş nazirinin müavini: “MDB-nin milli valyutalarında hesablamalara keçid mexanizmi hazırdır”

Dünya

Müstəqil Dövlətlər Birliyi ölkələrində hesablaşmaların milli valyutalarda aparılması, ticarətdə dollar və avrodan asılılığın qarşısının alınması üçün mexanizm hazırdır.

Bunu Belarus baş nazirinin müavini İqor Petrişenko jurnalistlərə bildirib.

“Belə bir mexanizm yaradılmışdı, o, kifayət qədər fəaliyyətsiz, tələb olunmamış vəziyyətdə idi. İndi bankın rəhbəri (MDB Dövlətlərarası Bankı) məlumat verdi: bütün hazırlıq var, səlahiyyətlər təmin edilib. İndi MDB ölkələrinin və biznesin yeganə vəzifəsi milli valyutalarda qarşılıqlı hesablaşmalar üçün dövlətlərarası bankın imkanlarından daha fəal istifadə etməkdir”, – deyə Belarus baş nazirin müavini MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasının yekunlarına dair açıqlamasında bildirib.

Petrişenko deyib ki, “hər bir ölkə dövlətlər arasında ticarətin səviyyəsini nəzərə alaraq hansı milli valyuta ilə qarşılıqlı fəaliyyət göstərəcəyinə özü qərar verəcək”.

“Bizim üçün bu mövzu aktualdır, keçən ildən Belarusun Birlik çərçivəsində ticarət dövriyyəsi 37 % artıb. MDB ölkələrinin ticarətdəki payı isə 60 %-dən çoxdur. Biz Rusiya ilə birlikdə hesablaşmalar üçün MDB Dövlətlərarası Bankının imkanlarından fəal şəkildə istifadə edəcəyik”, – deyə o vurğulayıb.

Mənbə: BelTA

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir