“Yeni Nürnberq”: Britaniyalı siyasətçilər Putin üçün tribunal istəyir

Dünya

Böyük Britaniyanın keçmiş baş nazirləri Qordon Braun və Con Meycor Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı fəaliyyətlərinin araşdırılması üçün yeni beynəlxalq tribunalın yaradılmasına təkid edir.

Onlar və daha 138 nəfər İkinci Dünya Müharibəsindən sonra nasist hərbi cinayətkarlara qarşı Nürnberq prosesi nümunəsi əsasında məhkəmə orqanının yaradılması üçün petisiya imzalayıblar.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) artıq Ukraynada hərbi cinayətlər törətmək şübhəsi ilə Vladimir Putin barəsində araşdırma aparır. Sözügedən tribunalın BCM-in cari araşdırmalarına əlavə olaraq fəaliyyət göstərəcəyini ehtimal etmək olar.

BCM BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan Rusiya təcavüzünü araşdıra bilməyəcək, çünki Moskvanın əlində veto hüququ var.

“Əgər aydın siqnal verilməsə, biz digər ölkələrdə də cəzasıq qala biləcək təcavüzlə qarşılaşacağıq”, – deyə Q.Braun bildirib.

Mənbə: BBC

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.