Anna Malyar: “Müharibə Rusiyanı tükəndirir, ancaq resursları bir neçə günə bitməyəcək”

Dünya

“Rusiya ordusunu lazımınca qiymətləndirməmək olmaz, müharibə onları tükəndirsə də, resursları bir neçə günə bitməyəcək”.

Bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Müharibə bizim düşmənimizi tükəndirir – bu tamamilə dəqiqdir. Ancaq onu lazımınca qiymətləndirməmək də olmaz. Bir neçə gün sonra onun resurslarının tükənəcəyini söyləmək dövlətin müdafiəsi nöqteyi-nəzərindən düzgün deyil”, – deyə o bildirib.

Mənbə: Segodnya.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir