Artıq “Google” axtarışlarının son 15 dəqiqəsini silmək mümkündür

Dünya

“Google” şirkəti, nəhayət, “Android” proqramında axtarış tarixçəsinin son 15 dəqiqəsini silmək imkanı əlavə edib.

Bu funksiyanın artıq sizin üçün əlçatan olub-olmadığını yoxlamaq üçün “Android”lər üçün “Google” tətbiqini açın, profil şəklinizə toxunun və “Son 15 dəqiqəni sil” seçimini axtarın.

“Google” bu xüsusiyyəti ilk dəfə may ayında elan etdi və iyul ayında “Google iOS” tətbiqinə keçdi. Həmin vaxt şirkət proqramın “Android” versiyasının daha sonra 2021-ci ildə gələcəyini bildirsə də, nədənsə “Google” gecikdi. Şirkətin bu imkanı masaüstü kompüterlərə əlavə etməyi planlaşdırıb-planlaşdırmadığı hələ məlum deyil.

“Google” həmçinin axtarış tarixçəsinin 3, 18 və ya 36 ay müddətinə avtomatik silinməsini təklif edir.

Mənbə: Ferra

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.