Podolyak: “Rusiya ilə sülh danışıqları həftələrlə çəkə bilər”

Dünya

Rusiya Federasiyası ilə sülh danışıqları bir neçə həftə çəkə bilər.

Bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, baxılan məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.

Podolyak həmçinin vurğulayıb ki, Rusiya “Əfqan ssenarisi” ilə müharibə aparır. Onun sözlərinə görə, Rusiya taktikası böyük şəhərlərin mühasirəyə alınması və qanadlı raketlər və aviabombalarla bombardıman etməkdən ibarətdir.

Mənbə: UNIAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.