Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avroluq aktivlərini dondurdu

Dünya

Fransa hakimiyyəti Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində vəsaitini, habelə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına məruz qalan fiziki şəxslərin hesablarını və daşınmaz əmlakını dondurub.

Bu barədə bazar günü Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer məlumat verib.

“Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransanın maliyyə qurumlarında fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti blokladıq”, – deyə nazir RTL radiostansiyanın efirində deyib.

Onun sözlərinə görə, Fransada 30-a yaxın rusiyalıya məxsus “yarım milyard avroluq” daşınmaz əmlak dondurulub.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.