Avropa İttifaqı Rusiyaya növbəti sanksiya paketi hazırlayır

Dünya

ABŞ Prezidenti Co Bayden martın 21-də Avropa liderləri ilə telefon danışığı aparacaq.

Bu barədə Ağ Evin hesabatında qeyd edilir.

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın Baş naziri Boris Conson və İtaliyanın Baş naziri Mario Draqi ilə danışıqlar saat 11:00-da (Bakı vaxtı ilə 19:00) baş tutacaq.

Onlar Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata “koordinasiyalı cavab” məsələsini müzakirə edəcəklər.

Avropa İttifaqı Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı beşinci sanksiyalar paketini hazırlayır və Rusiya neftinə embarqo tətbiqi imkanlarını müzakirə edir.

Rusiya neftinin idxalına məhdudiyyətlərin tətbiq edilib-edilməməsi ilə bağlı müzakirə ABŞ prezidenti Co Baydenin martın 24-də Brüsselə planlaşdırılan səfəri öncəsi Aİ xarici işlər nazirlərinin martın 21-də keçiriləcək görüşündə aparılacaq.

Baydenin orada Şimali Atlantika Alyansının fövqəladə sammitində iştirak edəcək və Avropa liderləri ilə görüşəcək. Bundan əlavə, ABŞ prezidenti Varşavaya da gedəcək və orada polşalı həmkarı Andjey Duda ilə danışıqlar aparacaq.

Mənbə: RBC

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir