Yeni Zelandiyada gəmi batdı

Dünya

Yeni Zelandiyanın şimal sahillərində gəminin batması nəticəsində azı 3 nəfər ölüb, daha iki nəfər itkin düşüb.

Bu barədə ölkənin baş polis idarəsi məlumat yayıb:

“İki nəfərin meyiti sudan tapılıb və səhər saatlarında axtarış-xilasetmə əməliyyatı zamanı helikopterlə çıxarılıb. Üçüncü şəxsin meyiti də əməliyyata kömək edən axtarış gəmisi tərəfindən sudan tapılıb. İtkin düşən daha iki nəfərin axtarışları davam etdiriləcək”.

Həmçinin qeyd edilir ki, gəmi qəzasında daha beş zərərçəkən xilas edilib və hazırda xəstəxanasındadır, həkimlər onların vəziyyətini stabil hesab edirlər.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir