Avropa ölkəsi koronavirus pasportunu ləğv edir

Dünya

Bolqarıstan bu gündən etibarən ictimai yerlərdə tələb edilən COVID-19 pasportlarını ləğv edib.

Avropa ölkəsinin Səhiyyə Nazirliyinin müvafiq əmri qüvvəyə minib.

Bundan əlavə, ölkədə ali təhsil müəssisələri öz işini tam bərpa edir, lakin yenə də dərslərin keçirildiyi binaları mütəmadi olaraq havalandırmaq və dezinfeksiya etmək lazımdır.

Tələbə və müəllimlərdən qoruyucu maskalar taxmaq tələb olunur.

Martın sonunda isə ölkədə məktəblilər üçün məcburi koronavirus testinin ləğvi planlaşdırılır.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir