KİV: Kreml Ukraynaya hücum strategiyasını dəyişir

Dünya

Rusiya silahlı qüvvələri Ukrayna üzərində sürətli qələbə qazana bilmədikdən sonra Kreml yeni strategiyaya keçir və indi diqqətini Ukraynanın cənub və şərqinə yönəldəcək.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri tərəfindən paylaşılan Putinin niyyətlərinə dair yeni qiymətləndirmə Kiyevi Rusiyanın Ukraynanın cənub və şərq ərazilərinə dair iddialarını qəbul etməyə məcbur etməkdir”, – deyə məlumatda qeyd edilir.

Ekspertlər hesab edirlər ki, 2014-cü ildə Krımı və Donbasın rayonlarını ələ keçirməklə Rusiya qərbi ilə Krım yarımadası arasında “quru körpü” yaratmağa, həmçinin Donbas üzərində öz nəzarətini genişləndirməyə çalışır.

Bundan əlavə, Putinin hərbi təzyiqlərini davam etdirəcəyi gözlənilir. Rusiya ordusu Ukrayna şəhərlərini atəşə tutmağa davam edəcək və ümid edir ki, bununla Volodimir Zelenski Qərbə qoşulmaq ümidindən əl çəkəcək, o, neytral status və Rusiyanın digər tələbləri ilə razılaşacaq.

ABŞ rəsmiləri bildiriblər ki, Putinin ərazi və neytrallıq tələbləri rədd edilərsə, onun qoşunlarının işğal etdiyi bütün torpaqları saxlamağa çalışacağı və hərbi əməliyyatları davam etdirəcəyi gözlənilir.

“Hərbi qiymətləndirmələrimizə əsasən, görünür ki, o, mühasirə taktikasına qayıdır”, – dəyə başqa bir ABŞ rəsmisi bildirib.

Mənbə: RBC-Ukraina

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir