FİDE Ukraynaya təcavüzü dəstəkləyən rusiyalı qrossmeysteri yarışlardan uzaqlaşdırdı

Dünya

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) İntizam Komissiyası rusiyalı qrossmeyster Sergey Karyakini 6 aylıq diskvalifikasiya etmək qərarına gəlib.

Sergey Karjakin altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib.

Fevralın 27-də şahmatçı Rusiya Federasiyasının prezidentinə ünvanlanmış açıq məktub dərc edib və orada Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib.

“Uşaqlığımın keçdiyi, şahmat oynamağı öyrəndiyim, qohumlarımın hələ də yaşadığı torpaqlarda davam edən xüsusi əməliyyatı yaxından izləyirəm. Uzun keçən səkkiz ildə biz hələ də fəaliyyət göstərən Kiyev rejiminin saysız-hesabsız gülləbaranlardan, davam edən soyqırımından xilas olmağı ümidlə gözləyirdik. Sizə, Ali Baş Komandanımıza, Rusiyanın, bizim çoxmillətli rus xalqımızın maraqlarının qorunmasında, təhdidlərin aradan qaldırılmasında və sülhün bərqərar olunmasında tam dəstəyimi bildirirəm”, – deyə Karyakin “Instagram” səhifəsində yazıb.

Bundan sonra FİDE qrossmeysterə qarşı intizam işi başladıb.

Mənbə: Meduza

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir