Rusiya hərbçiləri Berislav şəhərinin merini əsir götürüblər

Dünya

Berislav şəhərinin meri Aleksandr Şapovalov və bir yerli fəal üç günə yaxındır ki, Rusiya hərbçiləri tərəfindən əsir saxlanılır.

Bu barədə Xerson vilayəti hərbi administrasiyasının sədri Gennadi Laquta məlumat verib.

“Şənbə günü, martın 19-da, günorta saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalovu və digər yerli fəalı oğurlayıblar. Onlar üç gündür ki, əsirlikdədirlər”, – deyə o, qeyd edib.

Laqutanın sözlərinə görə, dünən Şapovalova yaxınlarına zəng edərək onları sakitləşdirməyə icazə verilib.

“Aleksandr Nikolayeviçin və digər məhbusların dəqiq yeri məlum deyil. Çox güman ki, onlar Nova Kaxovkadadırlar. Biz mərkəzi hökumətlə birlikdə bütün şəraiti araşdırırıq və mümkün olan hər şeyi edirik ki, əsir düşən hər kəs öz evinə qayıtsın”, – deyə sədr vurğulayıb.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.