Putinin Zelenskinin danışıq təklifinə cavabı məlum oldu

Dünya

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı açıqlamalar verib.

O, bütün səylərinin müharibənin tez bir zamanda başa çatmasına yönəldiyini bildirib.

Prezidentin mətbuat katibi Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş barədə də danışıb. Kalın Türkiyənin hər iki tərəflə danışıqlar apardığını və hər iki tərəfin Türkiyəni etibarlı ölkə kimi gördüyünü bildirib.

Həmçinin, İbrahim Kalın Türkiyədə mümkün Putin – Zelenski görüşünün keçirilməsilə bağlı hazırki vəziyyəti də dəyərləndirib.

“Putin deyir ki, danışıqlardakı işçi qrupları fəaliyyətlərini tamamlamalıdır. Biz burada həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam etdiririk”, – prezidentin sözçüsü bəyan edib.

Mənbə: “Haber Global”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.