Ukrayna hərbçiləri Rusiyanın “Vladimir” tankını sıradan çıxardılar – FOTO

Dünya

Ukrayna hərbçiləri Zaporojye vilayətində “Vladimir” adlı T-90 tankını sıradan çıxarıblar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Briqadalardan birinin əsgərləri Rusiyanın müasir T-90 Vladimir əsas döyüş tankını sıradan çıxara biliblər”, – deyə məlumatda bildirilib.

Həmçinin, məhv edilmiş tankın fotoları da yayılıb.

Qeyd edək ki, T-90 “Vladimir” 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yaradılmış müasir Rusiya döyüş tankıdır.

Mənbə: telegraf.com.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir