Ukrayna hərbçiləri Zaporojye vilayətində “Vladimir” adlı T-90 tankını sıradan çıxarıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Briqadalardan birinin əsgərləri Rusiyanın müasir T-90 Vladimir əsas döyüş tankını sıradan çıxara biliblər”, – deyə məlumatda bildirilib.
Həmçinin, məhv edilmiş tankın fotoları da yayılıb.
Qeyd edək ki, T-90 “Vladimir” 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yaradılmış müasir Rusiya döyüş tankıdır.
Mənbə: telegraf.com.ua
www.102info.az