Çin Ukraynaya 1,5 milyon dollardan çox yardım ayırır

Dünya

Çin Xarici İşlər Nazirliyi ölkənin Qırmızı Xaç Cəmiyyətinin Ukraynaya humanitar yardım göstərəcəyini açıqlayıb.

Xüsusilə, 10 milyon yuan (1,5 milyon dollardan çox) ayrılacağı bildirilib.

Çin ABŞ prezidenti Co Baydenin Ukraynadakı hərbi əməliyyatlarda Rusiyaya göstərə biləcəyi hər hansı yardımın nəticələri barədə Pekinə xəbərdarlıq etməsindən sonra belə bir addım atıb.

Bu, Çin prezidenti Si Cinpini Qərblə uzunmüddətli gəlirli ticarət əlaqələri və Moskva ilə artan strateji tərəfdaşlıq arasında seçim etməyə məcbur edə bilər.

Mənbə: RBC-Ukraina

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.