“Fitch” neftin qiymətilə bağlı proqnozlarını artırır

Dünya

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi mart ayı Qlobal İqtisadi İcmal (GEO) hesabatının məlumatlarına əsasən, 2022 və 2023-cü illər üçün neft qiymətləri ilə bağlı proqnozunu artırıb.

Analitiklər Brent markalı neftin dekabrda gözlənilən 70 ABŞ dollar/barelə qarşı 2022-ci ildə orta hesabla 100 dollar/barel olacağını gözləyirlər. Həmçinin, gələn il üçün təxmin bir barel üçün 60 dollardan 80 dollara qaldırılıb.

Qeyd edək ki, ötən il orta qiymət səviyyəsi bir barel üçün 70,6 dollar, 2017-2021-ci illərdə isə 60,9 dollar təşkil edib.  

Mənbə: İnterfaks

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir