“Fortnite” oyunçuları Ukraynaya humanitar yardım üçün bir sutkada 36 milyon dollar topladılar

Dünya

Amerikalı video oyun tərtibatçısı “Epic Games” martın 20-dən aprelin 3-dək toplanan bütün “Fortnite” gəlirlərini Ukraynadakı müharibə qurbanlarına kömək etmək üçün ianə edəcək.

Bu barədə şirkətin açıqlamasında bildirilib.

“Martın 21-nə kimi biz artıq 36 milyon dollar topladıq”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, toplanan vəsait real pulu olan oyunçular tərəfindən edilən bütün proqramdaxili alışlardan formalaşır.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.