Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI

Dünya

“İşğalçıların sursat və ərzaq ehtiyatları 3 günə ancaq çatar”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edilir ki, yanacaqla da oxşar vəziyyət müşahidə edilir:

“Ötən gün ərzində düşmənin 9-dan çox hava hədəfi vurulub. Bunlar 1 təyyarə, 6 PUA və 2 helikopterdir, vurulan raketlərin sayı dəqiqləşdirilir.

Düşmən aviasiyasının son 24 saat ərzində daha aktiv hərəkətləri qeyd edilib.

Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrini yerinə yetirməkdən imtina edərək, 70 texnika ilə əməliyyat ərazisini tərk edib.

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik xaotik şəkildə həyata keçirilir: səfərbər olunanların əksəriyyətinin heç bir hərbi ixtisası yoxdur, çünki onlar heç vaxt hərbi xidmət keçməyiblər.

Donetsk və Luqansk istiqamətlərində düşmən irəliləməyə və möhkəmlənməyə çalışsa da, uğur qazana bilmir.

Ukrayna hərbçiləri düşmənin 13 hücumunu dəf edib, 14 tankını, 8 piyada döyüş maşınını, 2 zirehli texnikasını, 3 artilleriya sistemini və 4 avtomobilini məhv ediblər. 

Son sutka ərzində düşmənin şəxsi heyətinin itkisi təxminən 300 nəfər təşkil edib.

Bundan əlavə, Mariupolun müdafiəçiləri “Raptor” patrul katerini və “Leer-3” elektron döyüş sistemini məhv ediblər”.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir