Rusiyalı şahmatçıya QADAĞA: Sergey Karyakin diskvalifikasiya olundu – VİDEO

Dünya

Beynəlxalq Şahmat Federasiyası Ukraynaya zorakılığı dəstəkləyən rusiyalı şahmatçını bütün yarışlardan kənarlaşdırıb.

FİDE-nin rəsmi saytında yazılan məlumata görə, Sergey Karyakin 6 ay müddətində diskvalifikasiya olunub.

32 yaşlı qrossmeyster qurumun təşkil etdiyi hər hansı reytinqli şahmat turnirində oyunçu kimi iştirak edə bilməyəcək. Karyakin haqqında qəbul edilən qərar martın 21-dən qüvvəyə minib.

Qeyd edək ki, Karyakin bir müddət əvvəl şəxsi “Instagram” hesabında müharibə ilə bağlı paylaşım edərək Rusiyaya dəstək olub.

Onun fikirlərinə görə, Rusiya xalqı 8 ildir davam edən Kiyev rejiminin saysız-hesabsız gülləbaranlarından və soyqırımından əziyyət çəkib. Bundan sonra isə FİDE şahmatçıya qarşı intizam işi başladıb.

Əlavə edək ki, Sergey Karyakin 2009-cu ilədək beynəlxalq şahmat yarışlarında Ukraynanı təmsil edib.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir