“Mercy Corps”: “Ukrayna şəhərlərində 3-4 günlük ərzaq ehtiyatı qalıb”

Dünya

Ukraynanın bəzi şəhərlərində 3-4 günlük ərzaq ehtiyatı qalıb.

Bu barədə “Mercy Corps” xeyriyyə təşkilatı məlumat yayır.

Təşkilatdan bildirib ki, Ukraynada humanitar sistem “tamamilə məhv edilib”.

“Hazırda ən böyük narahatlıqlarımızdan biri təchizat zəncirinin zəifliyidir. Biz bilirik ki, ən şiddətli döyüşlərin getdiyi ərazilərdəki əksər bələdiyyələrdə ərzaq kimi ilkin zəruri vasitələr üç-dörd günə yetəcək qədər qalıb”, – deyə Xarkovda yerləşən xeyriyyə təşkilatının əməkdaşı Stiv Qordon bildirib.

Onun hesablamalarına görə, Xarkov və Sumı əhalisinin azı 70 %-i tamamilə humanitar yardımdan asılı vəziyyətdədir.

Mənbə: BBC

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.