Moskva sakini Ukrayna bayrağı rəngində işıqlar yandırdı, evinə polisələr gəldi

Dünya

Polis Moskva sakininin evində yoxlamalar aparmağa çalışıb.

Buna onun Ukrayna bayrağı rənglərində işıqlar yandırması səbəb olub. Ondan üzbəüz binada yaşayan sakinlərdən biri şikayət edib.

Məlumat sosial şəbəkələrdə yayılıb.

Hadisə Dekabristlər küçəsindəki evin 12-ci mərtəbəsində yaşanıb. Lakin polis əməkdaşları mənzil sahibi ilə danışa bilməyiblər. Belə ki, onlara qapını açan olmayıb. Qonşular da polislə danışmaqdan imtina ediblər.

Evdəki işıqlar isə artıq bir həftədir ki, yanır. Polis isə evin sahibini axtarır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir