Belarus – Ukrayna sərhədində qoşunların cəmləşməsinin görüntüləri ortaya çıxdı – FOTO

Dünya

“Maxar” kosmik texnologiyalar şirkəti Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin toplaşmasını nümayiş etdirib.

Kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsini görmək olar.

Şəkillər 18 mart tarixinə aid olsa da, yalnız bu gün dərc olunub.

Qeyd edək ki, bu gün adı çəkilməyən NATO rəsmiləri CNN-ə bildiriblər ki, Alyans Belarusun tezliklə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə qoşula biləcəyinə inanır. Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Belarus Respublikasından Volın istiqamətində hücum təhlükəsi yüksəkdir.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir