Donuzlar ac ayını qaçmağa məcbur etdilər – VİDEO

Dünya

ABŞ-ın Konnektikut ştatında donuzlar onlardan birinə hücum etmək istəyən ayını qaçmağa məcbur ediblər.

Görüntülər müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Ac ayı iki donuzun saxlandığı tövlənin hasarını aşaraq onlardan daha böyüyünə hücum edib. Lakin yırtıcı Meri adlı heyvanın ciddi müqaviməti ilə rastlaşıb. Bu zaman onun köməyinə nisbətən kiçik Hammi də gəlib.

Donuzlar birlikdə ayını qaçmağa məcbur ediblər.

Heyvanların sahibəsi Rebekka Şou donuzları ilə fəxr etdiyini bildirib.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.