NASA: Günəş sistemindən kənarda beş mindən çox planet kəşf edilib

Dünya

ABŞ Aerokosmik Agentliyinin (NASA) verdiyi açıqlamada Ekzoplanet Arxivinə bir müddət əvvəl əlavə edilən 65 yeni nümunə ilə kəşf edilən planetlərin sayının beş mini keçdiyi bildirilib.

NASA-nın Ekzoplanet Elm İnstitutunun tədqiqatçısı Cessi Kristiansen qeyd edib ki, bu, sadəcə bir rəqəm deyil.

“Onların hər biri yeni bir dünya, tamamilə yeni bir planetdir. Mən onlardan hər birinin adı gəldikdə həyəcanlanıram. Axı biz onlar haqqında heç nə bilmirik”, – deyə alim vurğulayıb.

Təsdiqlənmiş ekzoplanetlərin 30%-i qaz nəhəngləridir. Yupiter və ya Saturn kimi qazdan ibarət planetlər bu sinfə aiddir.

Mənbə: “Anadolu”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.