Abramoviçin saysız-hesabsız mülkləri üzə çıxdı

Dünya

Rusiyalı milyarder Roman Abramoviç və onun ailə üzvlərinə məxsus mülklərin sayının əvvəlcədən düşünüldüyündən daha çox olduğu ortaya çıxıb.

Məlum olub ki, iş adamı təkcə Böyük Britaniyada 53 fərdi ev, 17 kommersiya binası və torpaq sahəsinə malikdir.

Bu vaxtadək Abramoviçin Britaniyadakı daşınmaz əmlakı yalnız Kensinqton sarayının yanında dəyəri 150 milyon funt-sterlinq olan malikanə və Temza çayının sahilində 22 milyon funt-sterlinqlik penthaus hesab edilirdi.

Bununla yanaşı, milyarderin dünya ölkələrində 1,2 milyard funt sterlinq dəyərində yaxta, şəxsi təyyarə, vertolyot və avtomobillərə sahib olduğu deyilir.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir