Mayk Tayson yeni döyüş üçün şərtini açıqladı

Dünya

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson “YouTube” ulduzu və bloqer Ceyk Pol ilə döyüş üçün yeni şərt qoyub.

Tayson döyüş üçün qonorar olaraq bir milyard dollar istəyib. Eyni zamanda, 55 yaşlı eks-idmançı döyüşlə bağlı müqavilənin hələ imzalanmadığını qeyd edib.

Halbuki, yanvarın 18-də Taysonun 49 milyon dollara Pola qarşı rinqə çıxmağa hazır olduğu bildirilimişdi. Qeyd edilmişdi ki, artıq danışıqlar gedir, döyüşçülər arasında şifahi razılıq əldə olunub.

Pol bir sıra peşəkar idmançılarla boks döyüşləri sayəsində tanınır. Xüsusilə, o, Ben Askreni və iki dəfə – Tayron Vudlini məğlub edib.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir