Yeni Orleanda tornado ölümlə nəticələnib – VİDEO

Dünya

Martın 22-də ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana) tuğyan edən tornado ölümə səbəb olub.

Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Bildirilir ki, şəhər binalarına böyük ziyan dəyib, elektrik enerjisinin verilişi də kəsilib.

Hələlik bir nəfərin öldüyü məlumdur. Ancaq hökumət nümayəndələri dağıntılar altında başqa insanların da ola biləcəyini istisna etmirlər. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mənbə: İzvestiya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir