Rumıniya Hərbi Hava Qüvvələrinin qırıcıları Moskva-İstanbul təyyarəsini müşayiət edib

Dünya

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar “Turkish Airlines” şirkətinin Moskvadan İstanbula uçan təyyarəsini bomba xəbərdarlığı səbəbindən müşayiət edib.

Bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava polisinin döyüş xidmətində olan Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri martın 22-də Hava Hərəkətinə Nəzarət Orqanından “Turkish Airlines”ə məxsus Moskva-İstanbul reysini həyata keçirən mülki təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq aldıqdan sonra mülki təyyarəni müşayiət etmək tapşırığı alıb və missiya yerinə yetirilib”, – deyə agentliyin “Facebook”dakı paylaşımında deyilir.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir