Belarus tərəfindən hücum gözlənilir: Kiyevin aqibəti necə olacaq? – VİDEO

Dünya

Baku TV-nin əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən canlı bağlantıya çıxıb.

O bildirib ki, Kiyevə Belarus tərəfindən böyük həmlə cəhdinin olacağı gözlənilir. 

M.Aslanov Ukraynanın bu hücuma hazırlaşdığını bildirib.

O qeyd edib ki, Rusiya silahlı qüvvələri tərəfindən Kiyevlə sərhəd zonada yerləşən Çerniqova hücum gözlənilir.

M.Aslanov bu hücumun baş verəcəyi təqdirdə Kiyevin aqibətinin sual altına düşəcəyini qeyd edib.

Daha ətraflı süjetdə:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir