Ukrayna vətəndaşlarının ABŞ-a girişinin sadələşdirilməsi işinə start verilir

Dünya

ABŞ administrasiyası Ukrayna vətəndaşlarının müəyyən kateqoriyaları üçün ölkəyə girişin sadələşdirilməsi üzrə bu həftə işə başlamağı planlaşdırır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, təşəbbüs ABŞ vətəndaşları və rezidentlərinin qohumları üçün vizaların rəsmiləşdirilməsini sürətləndirmək, həmçinin “müvəqqəti qorunan şəxslər” statusu almaq üçün müraciətlərə baxılmasında iştirak edən personalın sayını artırmaq məqsədi daşıyır.

Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ administrasiyası LGBT icmasının nümayəndələrinə, fəallara, jurnalistlərə və digər potensial həssas qruplara xüsusi diqqət yetirir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.