Minsk Belarusu Ukrayna münaqişəsinə cəlb etmək cəhdləri barədə bəyan edib

Dünya

Minskdə Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviç respublika rəhbərliyinin hər hansı hərbi əməliyyatlara, o cümlədən Ukrayna ərazisinə cəlb olunmasının qarşısını almaqda qətiyyətli olduğunu bəyan edib.

“Bu gün Silahlı Qüvvələr, dövlətin hərbi təşkilatının qüvvə və vasitələri vətəni müdafiə etməyə hazırdır, ancaq öz ölkəsinin ərazisində. Bu barədə prezident danışıb, mən də sizə rəsmən bəyan edirəm. İmkan vermərik ki, hər hansı hərbi münaqişələrə cəlb edilək, ancaq öz ərazimizi müdafiə edəcəyik. Biz onun müdafiəsinə hazırıq”, – deyə dövlət katibi bəyan edib.

“Biz, həqiqətən də, bu gün qonşu, qardaş ölkəmiz – Ukraynanın ərazisində baş verənləri istəmirik və təəssüflənirik. Buna yol verməyə haqqımız yoxdur. Bu gün bunun üçün hər şey edilir. Bizi, ölkəmizi bu hərbi əməliyyatlara cəlb etməyə çalışır. Belarus heç vaxt aqressiv məqsədlər güdməyib. O, həmişə sülh və xeyirxahlıq platforması olub”, – deyə Volfoviç bildirib.

Mənbə:  İnterfaks

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir