Taliban orta və yuxarı sinifdə oxuyan qızların məktəbə getməsini qadağan edib

Dünya

Əfqanıstan Təhsil Nazirliyi orta və yuxarı sinifdə oxuyan qızların məktəbə getməsini qadağan edib.

Qurumun əmrinə əsasən, 7-12-ci siniflərdə qızlar üçün şəriət, milli adət-ənənə və mədəniyyətə uyğun məktəbli forması hazırlanarsa, hökumətin sərəncamı ilə təhsil müəssisələrinin qapıları onların üzünə açılacaq.

Qeyd edək ki, ölkədə yeni tədris ili martın 23-də başlayıb.

Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra yeddinci sinifdən sonra qızların məktəbə getməsi faktiki qadağan edilib. Qızların təhsillərinin qaytarılması beynəlxalq ictimaiyyətin “Taliban” qarşısında əsas tələblərindən biridir.

Ariana News

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.