“Haber Global” Rusiyanın enerji oyunu barədə – VİDEO

Dünya

Qazaxıstan neftinin Avropaya ixracı Rusiyadakı boru xəttində fırtına səbəbindən yaranan problemə görə dayandırılıb.

Hadisəni şərh edən “Haber Global”ın analitikləri bunun Rusiyanın enerji oyunu olduğunu bildiriblər.

“Rusiya illərdir ona sadiq olan Qazaxıstana sırf öz maraqları naminə zərbə endirdi. Bu ssenari ilk dəfə deyil ki, həyata keçirilir. Rusiya eyni oyunu Türkmənistan üçün də oynayıb. Türkmənistan ölkə qazının Rusiya tərəfindən 40 dollara alınaraq qat-qat baha satılması fonunda məsələnin yenidən dəyərləndirilməsini tələb edib. Çox keçmədən müvafiq tranzit boru xəttində nasazlıq meydana gəlib. İndi də eyni plan reallaşdırılır”, -deyə telekanalın süjetində bildirilir.

Videomaterialda qeyd olunur ki, Azərbaycan illər öncə Qazaxıstana öz ərazisindən keçməklə tranzit kəmər çəkməyi təklif etdi. Lakin Astana Rusiyaya üstünlük verdi. İndi isə ən vacib məqamda Rusiya Mərkəzi Asiyalı tərəfdaşını yarı yolda buraxdı.

Daha ətraflı “Haber Global”ın süjetində:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.