ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq

Dünya

Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, martın 24-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.

“Biz həm siyasi xadimlərə, həm oliqarxlara, həm də müxtəlif qurumlara şamil edilən sanksiyalar paketini sabah elan edəcəyik”, – o, jurnalistlərə bildirib.

Qeyd edək ki, hazırda Sallivan ABŞ prezidenti Co Baydeni Avropaya səfərində müşayiət edir. Dövlət başçısı NATO liderləri, Aİ rəhbərliyi və G7 tərəfdaşları ilə Ukraynadakı hadisələri müzakirə edəcək.

Mənbə: “RİA Novosti”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.