Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

Dünya

ABŞ səfirliyinin yüksək rütbəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq Rusiyadan qovulacaq ABŞ diplomatlarının siyahısı təqdim edilib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

“Amerika tərəfinə qətiyyətlə bəyan edilib ki, ABŞ-ın Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti adekvat cavab alacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, fevralın sonunda Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin 12 əməkdaşı və BMT Katibliyinin bir əməkdaşı ABŞ-dan qovulub.

Mənbə: interfax.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir