Xarici şirkətlərin Rusiyadan getməsi yüz minə yaxın şəxsi işsiz qoydu

Dünya

Xarici şirkətlərin Rusiyadan getməsi səbəbindən 96 minə yaxın rusiyalı işsiz qalıb.

Bunu Federasiya Şurasının vitse-spikeri Qalina Karelova deyib. O, məşğulluq sahəsində operativ monitorinq məlumatlarına istinad edib.

Məlumata görə, səkkiz milyondan çox insanın işlədiyi 37 minə yaxın təşkilat iş rejimini dəyişib. Nəticədə 95 865 nəfər işsiz qalıb.

“Ən yüksək rəqəm Moskva, Samara, Kaluqa vilayətləri və Sankt-Peterburqda qeydə alınıb”, – deyə Karelova bildirib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.