Blinken: “Rusiya Ukraynada hərbi cinayətlər törədir”

Dünya

ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini hərbi cinayət hesab edir.

“Bu gün mən elan edə bilərəm ki, hazırda mövcud olan məlumatlara əsasən, ABŞ hökuməti Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini hesab edir. Bizim qiymətləndirməmiz hökumət və kəşfiyyat mənbələrindən əldə edilən məlumatların hərtərəfli nəzərdən keçirilməsinə əsaslanır”, -deyə o, bildirib.

Blinken qeyd edib ki, diplomatiya hər iki tərəfdən danışıqlara və gərginliyin birbaşa azaldılmasına məsuliyyətli yanaşma tələb edir. O, Rusiyanın danışıqlara meyilli olmadığını bildirib.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir