Nyu-Yorkun meri Manhettendə Ukrayna bayrağını qaldırıb – FOTO/VİDEO

Dünya

Nyu-York üzərində, Manhettendə Ukrayna bayrağı dalğalanır. Bayraq şəhər meri Erik Adams tərəfindən şəxsən qaldırılıb.

Mərasimdə Ukraynanın baş konsulu Aleksey Qolubov, şəhər şurasının, meriyanın üzvləri, konqresmenlər, eləcə də Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Qlobal miqyasda baş verən istənilən münaqişə Nyu-Yorkun küçələrində də baş verir. Kiyevdə partlayan bombalar burada, Nyu-Yorkda və bütün ölkədə ürəyimizi parçalayır”, – deyə Adams bildirib.

“Bayrağın qaldırılması həm də Ukrayna xalqının enerjisini və ruhunu yüksəldir, biz onlarla birik. Biz Vətən uğrunda döyüşməyin nə demək olduğunu bilirik. Bu gün birlikdəyik, sizinləyik. Biz Ukraynanın bir parçasıyıq”, – deyə mer davam edib.

Nyu-York rəhbəri qeyd edib ki, o, terror hücumlarına tab gətirən və heç vaxt təslim olmayan Ukrayna xalqının dözümlülüyü və ruhu ilə fəxr edir. E.Adams əlavə edib ki, bayraq Ukrayna müharibədə qələbə çalana qədər şəhərin üzərində dalğalanacaq.

Mənbə: UNIAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir