Yeqor Lebedok: “Rusiya ilə Ukrayna arasında müharibə illərlə uzanacaq; Qarabağı xatırlayın” – MÜSAHİBƏ

Dünya

Yaxın illərdə müharibənin bitəcəyinə inanmıram.

Bu barədə Oxu.Az-a belaruslu hərbi analitik Yeqor Lebedok Rusiya-Ukrayna münaqişəsini və Belarus xalqının bu əməliyyatlara münasibətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, münaqişə həddindən artıq böyük, tələblər isə həddindən artıq yüksəkdir.

“Ona görə də yalnız müvəqqəti atəşkəs mümkündür. Ukrayna qalib gəlsə – böyük qurbanlar verən rusiyalılar geri qayıtmaq istəyəcək, Rusiya qalib gəlsə – ukraynalılar müstəqilliklərini bərpa etməyə çalışacaqlar”, – deyə ekspert fikrini izah edib.

Analitik bildirib ki, hətta indi tərəflər sülh yolu ilə razılığa gəlsələr belə bu, əslində çox uzun müddətli münaqişədir.

“Qarabağ nümunəsi var. Orada onilliklər boyu müharibə getdi. Ukraynada da belə ola bilər. Buradakı ərazi Cənubi Qafqazdan qat-qat böyükdür, üstəlik sərhədlərin yenidən bölüşdürülməsi tarixi də var”, – deyə, o, əlavə edib.

Belarus kontingentinin Ukraynaya daxil olmasına, müharibədə iştirakına Belarusda insanların necə reaksiya verəcəyinə gəlincə isə hərbi analitik burada ciddi differensiya olduğunu qeyd etdi.

“Televiziyaya baxanlar, ona inananlar (bəzi məlumatlara görə bu, 40%-dir) əməliyyatı dəstəkləyəcək. Bizim telekanallar əslində Rusiyanın ideoloji gündəmini təkrarlayır. Ən azı keçən ilin sentyabrından bəri Ukrayna əleyhinə təbliğatlar aparılır. Ancaq bununla belə belarusların əksəriyyəti müharibəni heç vaxt dəstəkləməyəcək”, – deyə Lebedok vurğulayıb.

Nair Əliyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir